21 İyun 2025

“Azəriqaz” Goranboyda “Açıq mikrofon” təşkil edəcək

“Azəriqaz” İB-nin “Açıq mikrofon” aksiyası uğurla davam edir. “Səyyar qəbul otaqları”nın təşkil olunduğu bütün ərazilərdə icrası mümkün olan işlərə başlanılıb.

Media1.az xəbər verir ki, aksiyanın əhatə dairəsi Bakı və Abşeronla kifayətlənmir. Daha çox regionlara köklənmiş aksiya bu dəfə Goranboy rayonunun Qazançı kəndində təşkil olunacaq.

Sakinlər 03 sentyabr saat 11:00-dan 13:00-a qədər Birliyin açıq olacaq mikrofonunun imkanlarından istifadə edərək problem və təkliflərini səsləndirə bilərlər.