23 Dekabr 2024

Azərbaycanın yeni siyasi konfiqurasiyası Prezident İlham Əliyevin iradəsinin nəticəsidir.

    Ulu öndər Heydər Əliyevin əsasını qoyduğu rasional siyasətin Prezident İlham Əliyev tərəfindən dövrün reallıqlarına, tələblərinə və qanunauy­ğunluqlarına müvafiq surətdə  həyata keçirilən balanslı siyasət,tək regionda deyil eləcə də dünyada Azərbaycanın nüfuzunu getdikcə artırır.Daim yeniləşən və inkişaf edən Azərbaycanın daha böyük hədəflərə çatması üçün Prezident İlham Əliyevin şəxsi nüfuzu,bacarıqlı diplomat, müdrik lider,yeni vəziyyəti və gələcək hədəfləri görən strateq olaraq dəyişən geosiyasi reallıqlar fonunda Azərbaycanı yeni uğurlara aparır.Ölkəmiz region dövlətləri ilə bərabərhüquqlu, etibarlı, qarşılıqlı maraqlara,sabitliyə,iqtisadi inkişafa xidmət edən əlaqələr qurur.Müasir beynəlxalq münasibətlər sistemində,dəyişən dünyanın yeni siyasi nizamında Azərbaycanın öz yeri və mövqeyi var.

      Milli Məclisin VI çağırış ölkəmizin parlamentarizm tarixində siyasi sisteminin islahatlarının proqramını müəyyən edən bəyanat kimi daxil olmuşdur.Bu tarixi hadisə Milli Məclisinə keçirilmiş növbədənkənar seçkilərin fonunda ölkəmizdə siyasi sistemin təkmilləşdirilməsi və daha da inkişaf etdirilməsi istiqamətində islahatların aparılmasının siyasi-ideoloji əsaslarından ibarət olan konseptual bir proqramdır.Burada müstəqil Azərbaycan dövlətinin bütün sahələr üzrə daha da inkişaf etdirilməsinin,təkmilləşdirilib yeniləşdirilməsinin siyasi əsasları öz əksini tapmışdır.

      Prezident İlham Əliyev siyasi sistemin təkmilləşdirilməsi üzrə həyata keçiridiyi islahatların daha da dərinləşdirilməsinin və zərurətinin əsaslandırılması siyasi-nəzəri konsepsiyasını təşkil edir.Ölkədə inkişafın yeni mərhələsində siyasi sistemin təkmilləşdirilməsinə xidmət edir.

      VI çağırış Milli Məclisinin rəhbər heyətinin seçilmiş yeni tərkibi Prezident İlham Əliyevin bütövlükdə ölkədə müasir cəmiyyət quruculuğuna nail olmaq və siyasi sistemi təkmilləşdirib inkişaf etdirmək konsepsiyasının reallıqlarını əks etdirir.

VI çağırış Milli Məclisin ölkə həyatının yeni mərhələsinin siyasi-ideoloji və müasir şəraitdə ölkəmizdə parlamentarizmin yenidən qurulmasının siyasi konfiqurasiya əsasını qoydu.Ölkədə demokratik islahatların aparılması,vətəndaş cəmiyyəti və hüquqi dövlət quruculuğu istiqamətində qanunvericilik bazasının formalaşması, ictimai – siyasi stabilliyə zəmanət verən iqtisadi-siyasi layihələrin reallaşdırılması, beynəlxalq aləmdə ölkənin nüfuzunun yüksəlməsi Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin həyata keçir­diyi islahatların bariz bəhrələridir. Bu bir faktdır ki, bütün bunların əsasında İlham Əliyev şəxsiyyəti, onun fenomenal liderlik keyfiyyətləri dayanır.

Mahiyəddin MAZANOV – Yeni Azərbaycan Partiyası Goranboy Təşkilatının əməkdaşı