23 Dekabr 2024

Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq müstəvidə qəbul olunur və dəstəklənir

Bu gün Azərbaycan beynəlxalq aləmdə böyük nüfuza malikdir və etibarlı tərəfdaş imicini qazanıb.Həm Vətən müharibəsi,həm də ondan sonrakı dövrdə Azərbaycanın beynəlxalq aləmdə olan nüfuzunun böyük müsbət nəticələri özünü göstərdi.Bunun nəticəsidir ki,bu gün Azərbaycanın regionda yaratdığı yeni reallıqlar beynəlxalq birlik tərəfindən qəbul olunur və dəstəklənir.

Azərbaycanın 44 günlük müharibədə qələbəsinin legitimliyinin dünyanın bütün geosiyasi qütbləri tərəfindən qəbul edilməsi,işğaldan azad etdiyimiz ərazilərimiz üzərində suveren hüquqlarımızın bərpasının beynəlxalq birlik tərəfindən tanınması,haqq işimizə əvvəlkindən daha çox dəstək verilməsi, istisnasız olaraq,Prezident İlham Əliyevin həm müharibə,həm də postmüharibə dövründə həyata keçirdiyi siyasətin nəticəsidir.

Döyüş əməliyyatlarının həyata keçirildiyi zaman kəsiyində dövlət başçısının informasiya savaşının ön cərgəsində dayanaraq,Azərbaycanın haqlı mövqeyini tutarlı faktlarla,arqumentlərlə və əks arqumentlərlə beynəlxalq ictimaiyyətin diqqətinə çatdırması,Ermənistanın və havadarlarının,erməni diasporunun uzun illərdən bəri ölkəmizə qarşı apardığı total təbliğatın yüksək natiqlik və diplomatik məharətlə alt-üst edilməsi,Azərbaycanın maraqlarının beynəlxalq və ikitərəfli münasibətlər müstəvisində müdafiə olunması istiqamətində nümayiş etdirilən qətiyyətli mövqe bugünkü reallıqların ortaya çıxmasına zəmin yaradıb.

Azərbaycanın qazandığı ədalətli qələbənin bölgədə yaratdığı reallığın regionda davamlı sülhün,təhlükəsizliyin təmin olunmasına xidmət etdiyi, beynəlxalq hüququn norma və prinsiplərinə əsaslandığı istisnasız olaraq,qəbil edildi.Şübhəsiz ki,Azərbaycan dövləti bu reallıqları vətəndaşlarının konstision hüquqlarından çıxış edərək,BMT-nin Nizamnaməsi, BMT Təhlükəsizlik Şurasının qətnamələri,Helsinki Yekun Aktının prinsipləri çərçivəsində yaradıb, döyüş əməliyyatları zamanı beynəlxalq humanitar hüququn və onun tərkib hissəsi olan Cenevrə Konvensiyasının tələblərinə əməl edim,bütün şəraitlərdə,o cümlədən müharibə vəziyyətində qlobal məsuliyyətini yüksək səviyyədə başa düşən bir dövlət kimi davranmaq potensialına və iradəsinə malik olduğunu təsdiqləyib.

Artıq əminliklə deyə bilərik ki,44 günlük müharibənin nəticələri beynəlxalq miqyasda legitimlik qazanıb.Təbii ki,biz buna asanlıqla nail olmamışıq. Əzmlə, qətiyyətlə,səbatla,yorulmadan və dönmədən öz səylərimizi davam etdirmişik.

Xatırlatmaq yerinə düşər ki,ATƏT-in Minsk qrupunun həmsədrlərinin müharibədən sonrakı ilk bəyanatları yeni reallıqlardan tamamilə uzaq idi.

“Həmin bəyanatlarda vaxtaşırı münaqişə mövzuları,status və digər qəbuledilməz məsələlər qabardılırdı.Lakin sonradan onlar da 10 noyabr tarixli üçtərəfli bəyanatın müddəalarına və digər əlaqədar sənədlərə istinadlar verməyə başladılar.Yəni Minsk qrupunun fəaliyyətində də artıq yeni reallıqlar üstünlük təşkil etməkdədir.

Əlbəttə,burada düzgün aparılan informasiya siyasəti ilə yanaşı, həm də Azərbaycanın güclü ölkə olması rol oynadı.Aydın məsələdir ki,bu gün beynəlxalq siyasətdə hüququn gücü yox,gücün hüququ işləyir.Yəni “güclüsənsə, deməli haqlısan” prinsipi əksər hallarda özünü doğruldur.Bu mənada,Azərbaycan artıq o ölkə deyil ki,onun mənafelərinə etinasızlıq göstərilsin.Ölkəmiz haqlı tərəf olduğu kimi, həm də güclü tərəfdir.

Müharibəni qələbə ilə başa vurmağımız bizə beynəlxalq miqyasda böyük hörmət və nüfuz qazandırdıTəbii olaraq,təcrübə onu göstərir ki,qaliblərin dostları da həmişə çox olur.Və bu gün bizə dost olan ölkələrin sırasının daha da genişləndiyini müşahidə etməkdəyik.Bu isə öz növbəsində beynəlxalq mövqelərimizin möhkəmlənməsinə müsbət təsir göstərir,haqq işimizə əlavə töhfələr verir.

Cavid Mustafayev – Yeni Azərbaycan Partiyası Goranboy rayon təşkilatının əməkdaşı