22 Dekabr 2024

Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni əhalisi Azərbaycan vətəndaşlarıdır

44 günlük vətən müharibəsi ilə Azərbaycanın ərazi bütövlüyü təmin olundu. 30 ilə yaxın müddətdə həsrətlə yaşayan azərbaycanlıların iztirablarına son qoyuldu. Artıq işğaldan azad edilmiş ərazilərimizdə geniş quruculuq işlərinə başlanılmışdır. İlk məskunlaşma baş vermişdir. Şuşada və digər işğaldan azad edilmiş rayonlarımızda beynəlxalq tədbirlər keçirilir.

Dünyanın bütün dövlətləri Azərbaycanın haqq işini, onun qələbəsini tanıyırlar. Azərbaycanın sülh danışıqları üçün irəli sürdüyü şərtlər Ermənistan tərəfindən qəbul edilmişdir. Artıq sülh sazişinin əsas bəndləri tərəflər arasında razılaşdırılmışdır. Dövlət sərhədlərinin qarşılıqlı qaydada razılaşdırılması işləri də baş tutacaqdır.

Ermənistan-Azərbaycan münaqişəsinin başlanıldığı vaxtdan indiyə kimi həmişə bəyan edilmişdir ki, Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermənilər Azərbaycan vətəndaşlarıdır. Onlar Azərbaycanın qanunları ilə yaşamalı, qanunlara hörmət etməlidirlər. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Çexiya Respublikasında səfərdə olarkən bu fikri bir daha bəyan etdi.

Fəridə Musayeva

YAP Ağstafa rayon təşkilatının fəalı