25 Dekabr 2024

Azərbaycanın Moldovadakı səfiri: “Vətəndaşlarımız çox aqressivdir, yalnız tələb edirlər” – VİDEO

“Bütün gecə sərhəddə qalmışıq və Ukraynadan gələn 1600 vətəndaşı sərhəddən avtobuslarla daşınması təmin olunub”. 

Bunu Oxu.Az-a açıqlamasında Azərbaycanın Moldovadakı səfiri Qüdsi Osmanov deyib. 

O bildirib ki, çox çətinliklə insanların müvafiq qaydada daşınmasını təmin edirlər: 

“Vətəndaşlarımız çox aqressivdir, yalnız tələb edirlər. Biz onları başa düşürük, lakin bizim işimizi də çətinləşdirən vətəndaşlarımızın sənədlərinin olmamasıdır. Körpə uşaqlarla bu vəziyyətdə qalmaq çətindir, başa düşürük amma bizə də dəstək olmaq üçün səbirli olmalıdır.

5 avtobus yola salınıb. Avtobusların xərclərini özümüz qarşılayırıq. Uşaqları saymasaq təxminən 1106 nəfər insan avtobuslarla Modekspoya göndərilib. Eyni zamanda müxtəlif yollarla soydaşlarımızın keçid məntəqələrindən sənədsiz buraxılmaları üçün danışıqlar aparırıq. Öz maşınları olan şəxsləri avtomobilləri ilə yola salmağa çalışırıq. Hələ ki qarşıya qoyulan tapşırıqları gündəlik yerinə yetirə bilirik”.https://www.instagram.com/tv/CaoVYRDA-fo/embed/captioned/?cr=1&v=14&wp=540&rd=https%3A%2F%2Foxu.az&rp=%2Fworld%2F579007#%7B%22ci%22%3A0%2C%22os%22%3A1952.800000000745%2C%22ls%22%3A1309.300000000745%2C%22le%22%3A1949.2000000011176%7D