Azərbaycanda YENİ QADAĞA tətbiq ediləcək – VİDEO
Mağazalarda bəzən qablaşdırmanın üzərində müalicəvi əhəmiyyətindən və faydalarından söz açılan məhsullarla rastlaşırıq.
media1.az İTV-yə istinadən xəbər verir ki, Azərbaycan Qida Təhlükəsizlik Agentliyi bu tip məsələlərlə bağlı qəbul ediləcək yeni qanunu tənzimləyəcək.
Yeni qanun çərçivəsində qida məhsullarına “müalicəvi”, “pəhriz” kimi adların verilməsi qadağan ediləcək.
AQTA-nın aparat rəhbəri Elxan Mikayılov bildirib ki, məhsulun tərkibi haqqında göstəricilərin etiket məlumatlara uyğunluğu məsələsinə nəzarət gücləndiriləcək.
Ətraflı süjetdə izləyə bilərsiniz:https://izle.az/embed/qyyxTXYuTs530zXxCEwHAA~~