22 İyun 2025

Azərbaycanda üç faydalı qazıntı yatağı satışa çıxarılır – QİYMƏTLƏR + FOTO

Martın 4-də yerin təkinin istifadəyə verilməsi üzrə növbəti hərrac keçiriləcək.

İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən Oxu.Az-a verilən məlumata əsasən, Abşeron rayonunda yerləşən “Güzdək muldası” əhəngdaşı yatağının, Qazaxda olan “Daş Salahlı” əhəngdaşı yatağının, Ağsuda yerləşən “Girdimançay” qum-çınqıl yatağının müvafiq olaraq 3,5, 1,8 və 5 hektar sahəsi hərraca çıxarılacaq.

Hərraclarda iştirakla bağlı iddiaçılar sənədləri 25 fevral 2022-ci il saat 16:00-a qədər Bakı şəhəri, Səbail rayonu, İstiqlaliyyət küçəsi, 31 ünvanına təqdim edə bilərlər.

Əsas şərtlər tоplusunu almaq və hərracda iştirak etmək üçün iddiaçılar hərrac haqqında elanda qeyd оlunan məbləğdə xidmət haqqını və behi ödəməlidirlər. Hərracda xarici ölkələrin hüquqi və fiziki şəxsləri də iştirak edə bilər. Açıq hərrac İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət  Xidmətinin Əmlak Xidmətləri Məkanında keçiriləcək.

Hərrac elanı ilə Əmlak Məsələləri Dövlət Xidmətinin rəsmi saytında və Özəlləşdirmə portalında tanış olmaq olar.