Azərbaycanda QİÇS-ə yoluxma əsasən narkotik istifadəçiləri arasında rast gəlinir

Azərbaycanda daha çox narkotik istifadəçiləri arasında yoluxma hallarına rast gəlmək olur.
media1.az Trend-ə istinadən xəbər verir ki, bunu Respublika QİÇS Mərkəzinin rəhbəri Famil Məmmədov deyib.
O bildirib ki, aparılan müayinə və müalicələr nəticəsində bu xəstəliyə yoluxma halları və ölüm halları azalıb.
“Azərbaycanda 2018-ci illə müqayisə ötən il QİÇS-dən ölənlərin sayı 2 dəfədən çox azalıb. Bu xəstəliyə yoluxma QİÇS-li xəstə ilə cinsi əlaqə zamanı, qandan keçməklə və anadan uşağa yoluxma ilə keçə bilər. Azərbaycanda daha çox narkotik istifadəçiləri arasında yoluxma hallarına rast gəlmək olur”, – deyə o bildirib.