23 Dekabr 2024

Azərbaycanda qeyri-Olimpiya idman növlərinə maraq niyə yoxdur? – VİDEO

Azərbaycanda idman iki yerə bölünür: Olimpiya və qeyri-Olimpiya idman növləri.

Əgər 90-cı illərdə Jan-Klod Van Damm, Brus Li, Çak Noris kimi aktyorların filmləri sayəsində valideynlər öz uşaqlarını kikboksinq, karate kimi qeyri-Olimpiya idman növlərinə yazdırırdısa, indi tendensiya nisbətən dəyişib. Çünki Olimpiya idman növlərinə məxsus olan federasiyaların maliyyəsi daha cəlbedicidir. Bu federasiyalarda prezidentlərin nazirlər və ya hansısa dövlət orqanları rəhbərlərinin olması da dediyimiz amilin bariz nümunəsidir.

Düzdür, artıq kikboksinq, sambo kimi qeyri-Olimpiya idman növlərinin Paris Olimpiadasında yer almaq ehtimalı yaranıb. Ancaq kunq-fu, uşu-sanda və digər Şərq döyüş növlərinə məxsus idman növlərinə diqqət yetərincə deyil. Bunun səbəbi isə onların Olimpiya idman növü olmamasında gizlənir.

Təbii ki, həmin idman növlərinin beynəlxalq yarışlarının qeyri-peşəkar şəkildə keçirilməsi də müəyyən mənada bu idman növlərinin nüfuzunun aşağı düşməsinə səbəb olub. Həmçinin həmin idman növlərinin təmsilçilərinin 2-3 döyüş keçirərək dünya və ya Avropa çempionu olması da bu idman növləri barədə müəyyən fikirlər formalaşdırır.

“ARB 24” bu məsələ ilə bağlı reportaj hazırlayıb:https://www.youtube.com/embed/VPgXSe_MfX4