21 Noyabr 2024

Azərbaycanda kənd təsərrüfatının ümumi məhsulunun dəyəri açıqlanıb

Azərbaycanda 2021-ci ilin yanvar-noyabr ayları üzrə kənd təsərrüfatının ümumi məhsulunun faktiki qiymətlərlə dəyəri 8 milyard 612,1 milyon manat təşkil edib.

Dövlət Statistika Komitəsindən Trend-ə verilən məlumata görə, məhsulun 4 milyard 232,6 milyon manatı heyvandarlıq, 4 milyard 379,5 milyon manatı isə bitkiçilik məhsullarının payına düşür.

Əvvəlki ilin müvafiq dövrü il ə müqayisədə kənd təsərrüfatının istehsalı 3,8 faiz, o cüml ədən heyvandarlıq məhsulları üzrə 2,8 faiz, bitkiçilik məhsulları üzrə isə 4,8 faiz artıb.