20 İyun 2025

Azərbaycanda ilk dəfə vaksin yaradılması üçün tədqiqatlara başlanılıb

TƏBİB sədri “Twitter”də vaksin barədə yazıb 

“Uzun illərdən sonra ilk dəfə ölkəmizdə vaksin yaradılması, COVID-19 daxil olmaqla, infeksion xəstəliklərə qarşı yeni mübarizə tədbirlərinin işlənib hazırlanması, diaqnostikası, kimya terapiyası üçün hüceyrə kulturası tədqiqatlarına start verilib”.

Media1.az-ın xəbərinə görə, bu barədə Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İdarə Heyətinin sədri Ramin Bayramlı “Twitter” hesabında yazıb.