Azərbaycanda əhaliyə nə qədər mal satılıb?
2022-ci ilin yanvar-fevral aylarında Azərbaycanda istehlakçıların tələbatlarının ödənilməsi məqsədilə satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 8,5 milyard manat olmaqla 2021-ci ilin yanvar-fevral aylarına nisbətən müqayisəli qiymətlərlə 4,4 faiz artıb.
Dövlət Statistika Komitəsindən Milli.Az-a verilən məlumata görə, qeyri-dövlət sektorunun tə sərrüfat subyektləri tərəfindən satılmış malların və göstərilmiş xidmətlərin dəyəri 2021-ci ilin eyni dövrü ilə müqayisədə 4,6 faiz artaraq 8,2 milyard manata bərabər olub, onun 46,1 faizi fərdi sahibkarların fəaliyyəti sayəsində formalaşıb.
Hesabat dövründə bir istehlakçı orta hesabla ayda 424,9 manat və ya 2021-ci ilin eyni dövrü ilə müqayisədə nominal ifadədə 59,0 manat çox vəsait xərcləyıb.