23 Dekabr 2024

Azərbaycanda 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib

Ötən il 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib.

Bu barədə Ədliyyə Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.

Bələdiyyələrin fəaliyyətində qanunçuluğun möhkəmləndirilməsi, səmərəli inzibati nəzarətin və metodoloji yardımın gücləndirilməsi diqqətdə saxlanılaraq 2021-ci ildə 80 min bələdiyyə aktı üzrə inzibati nəzarət həyata keçirilib, 3.000-dən çox akt nazirliyin təklifləri əsasında ləğv edilib və ya dəyişdirilib, habelə qanunsuz verilmiş 9.100 hektar torpaq sahəsi geri qaytarılıb.

Pozuntulara yol verən bələdiyyələrin vəzifələri şəxsləri barəsində məhkəmələrə göndərilmiş inzibati xəta haqqında protokollarla 80-dək bələdiyyə sədri inzibati məsuliyyətə cəlb edilib, cinayət xarakterli 27 fakt üzrə materiallar isə prokurorluğa göndərilib.