23 Dekabr 2024

Azərbaycan sülh müqaviləsinin imzalanması tərəfdarı kimi çıxış edir.

Azərbaycan beynəlxalq hüquq normaları çərçivəsində Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış edir.

Prezident İlham Əliyev Azərbaycanla Rusiya arasında imzalanmış müttəfiqlik Bəyannaməsinin əhəmiyyətini şərh edib, iki ölkənin çoxillik münasibətlərinin müttəfiqlərin parametrlərinə cavab verdiyini söyləyib. Uzun illər Rusiya ilə Azərbaycan arasında münasibətlərin strateji tərəfdaşların münasibətləri kimi xarakterizə olunub. Yüksələn xətlə inkişaf edən əlaqələr məntiqi olaraq müttəfiqlik Bəyannaməsinin imzalanması ilə nəticələnib. Təsadüfi deyil ki, indiyədək Rusiya ilə Azərbaycan arasında 200-dən çox sənəd imzalanıb.
Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatı ilə bağlı suala dövlətimizin başçısı dəqiq cavab verib: “Bütün dünyaya məlumdur ki, KTMT-da aparıcı rol Rusiyaya məxsusdur. Azərbaycanın isə bu təşkilatda Ermənistan istisna olmaqla, digər üzv dövlətlərlə yüksək münasibətləri var. Hər hansı beynəlxalq təşkilata üzvlük məsələsinə milli maraqlarımız kontekstində baxılır”. İkinci Qarabağ müharibəsi başa çatandan sonra regionda yeni vəziyyətin yaranıb.
“Azərbaycan Cənubi Qafqazda yeni əməkdaşlıq platformasının yaradılması təşəbbüsü ilə çıxış edib. Bu platformada Ermənistan da yer alır. Ona görə də, ölkəmiz beynəlxalq hüquq normaları çərçivəsində Ermənistanla sülh müqaviləsinin imzalanmasının tərəfdarı kimi çıxış edir. Lakin hələ ki, qarşı tərəfdən bunun qarşılığını görmürük. Təəssüf ki, etnik ermənilər Azərbaycana qarşı qərəzli münasibətlərini davam etdirir. Bunu milliyyətcə erməni olan jurnalistin Prezident İlham Əliyevə ünvanladığı sualdan da aydın görmək olar. Prezident İlham Əliyev həmin suala çox tutarlı cavab verdi. Dövlətimizin başçısının dediyi kimi, Azərbaycanda etnik prinsipə görə ölkəyə girişə qadağa yoxdur və erməni xalqının nümayəndələrinin Azərbaycana çoxsaylı səfərləri buna sübutdur. Ermənistandan olan komanda Avropa Oyunları kimi idman tədbirlərində iştirak etmək üçün Bakıda olublar. Ermənistan nümayəndələri, hətta etnik ermənilər Azərbaycanda təşkil olunan müxtəlif tədbirlərdə iştirak edirlər. Bir neçə il bundan əvvəl Katalikos Qareginin səfəri olub. O, Bakının mərkəzində erməni kilsəsində oldu və bu kilsədə erməni dilində 5 mindən çox kitabın qorunub saxlandığının şahidi olub. Azərbaycanda erməni millətindən olan minlərlə Azərbaycan vətəndaşı yaşayır”.Rus dilində təhsil almaq istəyənlərin – həm azərbaycanlıların, həm qeyri-azərbaycanlıların belə imkanları olmalıdır. Rus sektoruna məktəblərdə tələbat çoxdur. 140 mindən çox uşaq və ali məktəblərin rus bölmələrində 15 mindən çox Azərbaycan vətəndaşı təhsil alır.Azərbaycan iki böyük ölkə, iki qonşusu ilə müttəfiqlik münasibətlərinə malikdir. Başqa heç bir ölkə bununla öyünə bilməz. Sirr deyil ki, artıq əməkdaşlığın üçtərəfli formatı da de-fakto formalaşır.
Siyasi strukturlar hər şeyi çox gözəl bilirdilər. Lakin bu, sadəcə, onları qane edirdi – nə müharibə, nə sülh, faydasız danışıqlar, 30 ildir ki, Minsk qrupu gəlir, gedir. Qarabağda baş verənlər barədə həqiqəti geniş ictimaiyyətə çatdırmaq çox önəmlidir. Erməni tərəfindən fərqli olaraq biz öz xalqımıza da, ictimaiyyətə də həqiqəti deyirdik.Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Ancaq Erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciətə baxmayaraq hələ cavab yoxdur. Bu məzarlıqlar hərbi cinayətlərin sübutları olacaq.
Birinci Qarabağ müharibəsi dövründən 3890 azərbaycanlı, o cümlədən təqribən 200 uşaq indiyədək itkin düşmüş hesab edilir. Ancaq Erməni tərəfinə kütləvi məzarlıqların yerini göstərmələri barədə müraciətə baxmayaraq hələ cavab yoxdur. Bu məzarlıqlar hərbi cinayətlərin sübutları olacaq.İnkişaf etməkdə olan ölkələrə kömək göstərmək üçün Azərbaycan başçılıq etdiyi Qoşulmama Hərəkatının Zirvə görüşü keçirilmişdir.Azərbaycan həm daxildə, həm də kənarda nümunəvi ölkə kimi qiymətləndirilib.

Nərmin Hüseynzadə
Zəngilan rayon İcra Hakimiyyətinin əməkdaşı