23 Dekabr 2024

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi məlumatlandırma sesiyası keçirib

Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyi 2021-ci il kiçik qrant müsabiqəsinin qalibi olmuş QHT-lərlə onlayn formatda görüş keçirib.

Görüşdə Agentliyin İcraçı direktoru Aygün Əliyeva layihələrin icrasından gözləntilər, 2022-ci il fevral ayından icrası başlanmış layihələrin idarəedilməsi, təsviri və maliyyə hesabatlarının hazırlanma qaydaları və onların təqdim olunması mövzuları barədə ətraflı çıxış edib. QHT-lərə 2022-ci ilin qrant müsabiqəsi ilə bağlı bəzi yeniliklər haqqında məlumat verilib.

Üç saatdan çox çəkən görüşdə QHT-lərin sualları cavablandırılıb.