Azərbaycan Gorus-Qafan yolunda post qurdu, ermənilər bir-birinə dəydi FOTO

“Azərbaycanlılar Şahverdilər (Vorotan) kəndinin özlərinə aid hissəsində polis məntəqəsi qurublar”.
Musavat.com-un xəbərinə görə, bunu erməni mediasına Zəngəzurun qubernatoru Melikset Poqosyan deyib. İnternetdə Azərbaycan polisinə məxsus nəzarət məntəqəsinin fotosunun yayılması ilə bağlı açıqlama verən qubernator bu məntəqənin Gorus-Qafan yolunun üzərində qoyulduğunu təsdiqləyib. Hansı ki, bir neçə gün əvvəl erməni təxribatına cavab olaraq Azərbaycan yolu bağlamışdı.
“Şahverdilərdə (Vorotan) bir nəzarət məntəqəsi var. Şahverdilər yaxınlığında, Gorus-Qafan yolunun üzərindəki bu məntəqə onların ərazisində yerləşir.
Rus və azərbaycanlı sərhədçilər bu əraziyə nəzarət edir. Mən bunu bilən kimi, getdim, baxdım, gördüm ki, bura onların ərazisidir. Nəzarət məntəqəsi orda əvvəldən var idi, tikilini yenicə tikiblər. Bu, təhlükəli deyil, ora rusların nəzarətindədir”-qubernator təşvişə düşənləri sakitləşdirməyə çalışıb.