23 Dekabr 2024

Azərbaycan gəncliyinin tarixi ədaləti bərpa etməkdə rolu əvəzsizdir

Bu gün əsası ümummilli liderimiz Heydər Əliyev tərəfindən qoyulmuş Azərbaycan gənclər siyasəti dövlət siyasətinin mühüm tərkib hissəsinə çevrilmişdir. Azərbaycan gəncliyi ictimai həyatın bütün sferalarında fəallığı ilə seçilir və ictimai-siyasi, iqtisadi, humanitar, sosial layilərin həyata keçirilməsində ciddi rol oynayır.

Dövlətin yaratdığı geniş imkanlar nəticəsində bu təbəqə cəmiyyətin vacib qüvvəsinə çevrilmişdir. Azərbaycan dövlətinin gənclər siyasətinin əsas məqsədi intellektual, fiziki cəhətdən sağlam və vətənpərvər gənclər yetişdirməkdir. Bu illər ərzində vətənpərvər ruhda böyümüş gənclər 44 günlük Vətən müharibəsində Dəmir Yumruq ətrafında sıx birləşərək Vətən müharibəsində misilsiz qəhrəmanlıqlar göstərdilər.

Ali Baş Komandan, Prezident İlham Əliyevin rəhbərliyi və müzəffər Azərbaycan Ordusunun əsgərlərinin, zabitlərinin, bir sözlə, bütün şəxsi heyətinin qəhrəmanlığı, şücaəti nəticəsində 44 günlük Vətən müharibəsi bütün dünyaya xalqımızın, dövlətimizin qüdrətini bir daha nümayiş etdirdi.

Ordunun böyük bir qismini təşkil edən gənclərimiz Ali Baş Komandanın rəhbərliyi altında yeni tarix yazdı!

Sabah Gənclər Gününü qeyd edəcək Azərbaycan gəncliyinin tarixi ədaləti bərpa etməkdə rolu əvəzsizdir və danılmazıdır. Allah bütün şəhidlərimizə rəhmət eləsin, Qazilərimizə şəfa versin!

Məhəmməd Məmmədov,

Vətən Müharibəsi Əlillərinə Kömək İctimai Birliyinin Layihələr Departamentinin rəhbəri