23 Dekabr 2024

Azərbaycan beynəlxalq bazarlara enerji resurslarının etibarlı təchizatçısıdır

1994-cü ildə Ulu Öndər Heydər Əliyev tərəfindən əsası qoydulan uğurlu neft strategiyası ilə Azərbaycan bütün beynəlxalq aləmdə iqtisadi və siyasi nüfuz qazanmışdır. Cənab İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən enerji siyasəti Azərbaycanın daha da qüdrətlənməsinə və beynəlxalq nüfuzunun artmasına vəsilə oldu. Bu baxımdan Azərbaycanın təşəbbüsü ilə həyata keçirilən enerji layihələri dünya miqyasında çox əhəmiyyətlidir.  Fevralın 4-də Bakıda “Gülüstan” sarayında Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin VIII toplantısı keçirilib. Prezident İlham Əliyevin təşəbbüsü ilə yaradılan Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin toplantısına hər dəfə Azərbaycan ev sahibliyi edir, ənənəvi olaraq əvvəlki ildə görülmüş işləri nəzərdən keçirilir və gələcək addımlar planlaşdırlır. Bu isə ölkəmizin layihədə aparıcı rolunu təsdiqləyən mühüm amillərdən biridir. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev toplantıda iştirak edib, əldə olunan uğurlarla yanaşı, bir çox məsələlərə toxunub. Ölkəmiz dünyada ən etibarlı tərəfdaşdır. Onun üçün dünyanın enerji şirkətləri bizimlə əməkdaşlıqda maraqlıdırlar.

Toplantıda Avropa İttifaqının komissarlarının, həmçinin ABŞ, Böyük Britaniya, Türkiyə, Gürcüstan, İtaliya, Yunanıstan, Bolqarıstan, Albaniya, Xorvatiya, Macarıstan, Monteneqro, Rumıniya, Serbiya, Şimali Makedoniya, Moldova, Bosniya və Herseqovina, Ukrayna və Türkmənistanın yüksək səviyyəli nümayəndələrinin iştirakı bir daha onu deməyə əsas verir ki, ölkəmizin təşəbbüsü ilə həyata keçirilən enerji layihələri mühüm əməkdaşlıq platformaları yaratmaqla yanaşı, dünyanın enerji təhlükəsizliyində xüsusi rol oynayır. Azərbaycan karbohidrogen resurslarını şaxələndirilmiş kəmərlər vasitəsilə ixrac edir. Eyni zamanda, bu məsələdə tranzit ölkə rolunu oynayır. Prezident İlham Əliyev Azərbaycanın böyük neft və qaz potensialına malik ölkə kimi dünya üçün önəmini dəfələrlə vurğulayıb. Azərbaycanın enerji siyasəti həm də Şərqlə Qərbi, Şimalla Cənubu birləşdirən əməkdaşlıq sistemlərini formalaşdırır. Bu, hamının maraqlarına uyğundur və bu prosesdən bütün dövlətlər bəhrələnə bilir. Cənub Qaz Dəhlizi layihəsi başa çatıb, tərəfdaş ölkələrin işi isə davam edir və tərədaşlıq Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına, mövqeylərinin möhkəmlənməsinə əhəmiyyətli töhfələr verməklə ölkəmizin milli mənafeylərinə tamamilə uyğundur.    

Respublikamız qlobal miqyasda artıq qaz ixrac edən ölkəyə çevrilib. Azərbaycan öz enerji problemlərini uğurla həll edib. Regional əməkdaşlıq müstəvisində həm nəqliyyat, həm də enerji sektorundakı təşəbbüslərin artırılması daha da böyük uğurlara gətirib çıxaracaqdır. Azərbaycan bir daha sübut etdi ki, bu beynəlxalq layihələrdə ciddi tərəfdaşdır. Gələcəkdə belə proseslərdən öz xeyrinə kiminsə istifadəsi üçün siyasi məsələrdə bu iştirak etmir. Bununla yanaşı, həm regional dövlətlər üçün, həm beynəlxalq səviyyədə Azərbaycan öz verdiyi sözə və bağladığı müqaviləyə sona kimi sadiqdir. Ölkəmizin liderliyi ilə həyata keçirilən layihələrin davamlılığı qarşıdakı dövrün aydın mənzərəsini yaradır. Dövlət başçısı İlham Əliyev  bu uğurlarımızın fonunda işğaldan azad edilmiş ərazilər üçün xüsusi proqramın olduğunu da  açıqladı. Qarabağda zəngin karbohidrogen resurslarının olmasını nəzərə alaraq yaxın gələcəkdə regionda enerji təchizatı daha da artacaqdır. Bu həm daxili bazarın, həm də xarici bazarın təchizatı üçün mühüm əhəmiyyətə malik layihələr olacaqdır.

Əli Kərimov,

Pirallahı Rayon Ağsaqqallar Şurasının sədri