08 Sentyabr 2024

Azərbaycan 11 erməninin meyitini təhvil verdi

Azərbaycan daha 11 erməni hərbçinin cəsədlərini Ermənistana təhvil verib.

Media1.az erməni mediasına istinadən xəbər verir ki, proses Rusiya sülhməramlılarının iştirakı ilə, Qırmızı Bazar istiqamətdə baş tutub. Həmin hərbçilər itkin düşmüş sayılırdı.

Beləliklə, 13 noyabr 2020-ci ildən bu günədək döyüş meydanından 1697 erməninin meyiti tapılıb.