Azad edilmiş ərazilərdə daha 233 PHS aşkarlanıb

Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyi (ANAMA) tərəfindən işğaldan azad edilmiş ərazilərdə ötən həftə ((14.02.2022 – 19.02.2022) icra olunan əməliyyatlar açıqlanıb.
ANAMA-dan “İki sahil”ə verilən xəbərə görə, ötən həftə fevralın 14-dən 19-dək r Tərtər, Ağdam, Füzuli, Şuşa, Qubadlı, Cəbrayıl və Zəngilanda 27 piyada əleyhinə mina, 15 tank əleyhinə mina və 233 Partlamamış Hərbi Sursat (PHS) aşkarlanıb.
Bildirilib ki, 115,8 hektar ərazi mina və PHS-lardan təmizlənib.