23 Dekabr 2024

Avstraliya Federal Məhkəməsi Djokoviçin vizasını ləğv edib

Avstraliya Federal Məhkəməsi hazırda dünyada bir nömrəli tennisçi olan Novak Djokoviçin apellyasiya şikayətini rədd edib və onun vizası ləğv olunub.

Məhkəmə Novak Djokoviç yeni növ koronavirusa (COVİD-19) qarşı peyvənd olunmadığı üçün belə qərar verib.

Tennisçinin yaxın saatlarda ölkədən deportasiya ediləcəyi gözlənilir. Tennisçi üç il müddətində Avstraliyaya səfər üçün viza ala bilməz.

Beləliklə, Novak Djokoviç Avstraliya Açıq Çempionatında iştirak edə bilməyəcək.

Mənbə: TASS