Assanca həbsxanada ailə qurmağa icazə verilib

Hazırda Böyük Britaniyanın Belmarş həbsxanasında cəza çəkən “Wikileaks” saytının yaradıcısı Cullian Assanca rəsmi şəkildə nikaha daxil olmağa icazə verilib.
Media1.az Oxu.az-a istinadən xəbər verir ki, həbsxanadan verilən məlumata əsasən, C.Assancın ərizəsinə adi qaydada baxılıb və onun Stella Morislə ailə həyatı qurmasına icazə verilib.
“Məhkumlar 1983-cü il tarixli Nikah Qanununa əsasən, həbsxanada nikaha daxil olmaq üçün müraciət etmək hüququna malikdirlər”, – Belmarş həbsxanasından verilən məlumatda qeyd olunur.