ASCO gəmilərə xəbərdarlıq etdi

Yanvarın 13-ü günün ikinci yarısından başlayan küləkli hava şəraiti ilə əlaqədar “Azərbaycan Xəzər Dəniz Gəmiçiliyi” QSC-nin (ASCO) Xəzər akvatoriyasında üzən gəmilərinə xəbərdarlıq göndərilib.
Bu barədə “İki sahil”ə ASCO-dan məlumat verilib.
Mövcud hava şəraitinə görə, gəmilərin təhlükəsiz sığınacaqlara getməsi təmin olub. Yanvarın 15-i səhər saatlarından etibarən gəmilərin müvafiq qaydada yenidən fəaliyyətlərinin davam etdirəcəyi gözlənilir.