“Aran” internet televiziyasının 7-ci yaşı qeyd edilib
“Aran” internet televiziyasının 7 -ci yaşı yaradıcı kollektivin iştirakı ilə qeyd edilib.
Media1.az xəbər verir ki, ad günü tədbiri ilə bağlı Arantv-nin ofisində tədbir təşkil edilib. Arantv-nin layihə rəhbəri Musa Muradlı televiziyanın rəhbərliyini və kollektivini təbrik edərək sözü qonaqlara verib.
Qonaq Bərdə qəzetinin baş redaktoru Salman İsmayılov Arantv-ni izlədiyini bildirmiş , əldə edilən uğurları yüksək qiymətləndirmişdır.
Şair Mətləb Miskin Arantv-yə həsr etdiyi şeri oxumuşdur.
Arantv-nin təsisçisi Vüsal Bayramov və televiziyanın direktoru Rafiq Bayramov çıxış edərək deyilən xoş sözlərə görə qonaqlara minnətdarlıqlarını bildirmişlər.
Media1.az- Musa Muradlı