Antiinflyasiya tədbirləri hazırlayan İşçi qrup işə başladı

Yanvarın 18-də Nazirlər Kabinetində () Baş nazir Əli Əsədovun sədrliyi ilə keçirilmiş iclasda müvafiq qurumlara “Antiinflyasiya tədbirlərinin gücləndirlməsinə dair” Tədbirlər Planının hazırlanması tapşırılmışdı.
NK-nın Mətbuat Xidmətinin rəhbəri İbrahim Məmmədov Oxu.Az-a bildirib ki, artıq müvafiq qurumların nümayəndələrindən ibarət İşçi qrup yaradılıb və ilk iclası keçirilib.
İşçi qrupun təqribən iki həftə ərzində Tədbirlər Planının ilkin layihəsini Hökumətə təqdim edəcəyi gözlənilir.