08 Sentyabr 2024

Almaniya kanslerliyinə namizəd Rusiyanın təbii qazla qumar oynadığını bildirib

Almaniya Bundestaqında “Yaşıllar” fraksiyasınln rəhbəri və kanslerliyə əsas namizədlərdən sayılan Annalena Berbok Rusiyanı qəsdən Avropaya qaz tədarüünü azaltmaqda ittiham edib. Onun fikrincə, Kreml bununla əslində “Şimal axını-2” layihəsinin gerçəkləşdirilməsini sürətləndirmək istəyir.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, onun bu sözləri yerli “Die Zeit” qəzetində əks olunub.

Alman siyasətçi Avropa ölkələrini qazın nəqli məsələsində AB qanunvericiliyinə əməl etməyə də çağırıb.

Bu o deməkdir ki, qazın çıxarılması ilə məşğul olan operator və onun nəqlini həyata keçirən qurum ayrı-ayrı şirkətlər olmalıdır.

Annalena Berbok Rusiyanın Rusiyanın Avropadakı yüksək qiymətlərə rəğmən qazın tədarükü məsələsində “poker” oynadığını bildirib.

“Təbii qaza olan hazırkı yüksək qiymətlər ona tələbaıtn böyük, lakin təklifin az olması ilə bağlıdır. Bu əslində “Qazprom”un avropalaılara qarşı bir strategiyasıdır”,-deyə o, vurğulayıb.

Media1.az