ABŞ səfiri Rusiya XİN-ə çağırıldı
ABŞ-ın Rusiyadakı fövqəladə və səlahiyyətli səfiri Con Sallivan Xarici İşlər Nazirliyinə dəvət edilib.
“Report” bu barədə TASS-a istinadən xəbər verir.
Səfirin XİN-ə nə üçün dəvət edildiyi barədə məlumat verilməyib.
C.Sallivan jurnalistlərə heç bir şərh vermədən XİN binasına daxil olub. Səfir daha sonra xidməti avtomobili ilə nazirlikdən gedib.