ABŞ-ın dövlət borcu 31 trilyon dolları ötüb
ABŞ-ın dövlət borcu tarixdə ilk dəfə 31 trilyon dolları ötüb.
“Report” xəbər verir ki, bu barədə ölkənin Maliyyə Nazirliyi məlumat yayıb.
Məlumata görə, ABŞ-ın 31 trilyon 123 milyard 887 milyon 781 min 401 dollar 34 sent borcu var.
Borcun böyük hissəsi – 24 trilyon dollar fiziki şəxslərə məxsusdur. Ölkənin xarici hökumətlərə borcu isə təxminən 7 trilyon dollar təşkil edir.