22 Dekabr 2024

ABŞ-da COVID-19-dan ölənlərin hər birinin dəfni üçün 9 min dollar veriləcək

Gələn həftədən etibarən “Cənazəyə yardım” Proqramı başlayacaq

Gələn həftədən etibarən ABŞ-da “Cənazəyə yardım” Proqramı başlayacaq. AYNA-nın məlumatına görə, bu barədə “The Washington Post” xəbər verib.

ABŞ Prezidenti Administrasiyası tərəfindən COVID-19-dan vəfat edən vətəndaşların dəfn xərclərini qarşılamaq üçün 9000 dollaradək maliyyə dəstəyi göstəriləcək.

Maliyyə yardımı gəlir səviyyəsinin aşağı-yuxarı olmasından asılı olmayaraq, bütün vətəndaşlara şamil ediləcək. Maliyyə yardımı ayrılacaq şəxslərin ümumi sayı məlum olmadığından, proqramın yekun dəyəri dəqiq deyil. Qəzet yazır ki, maliyyənin bir neçə milyard dollar təşkil edə biləcəyi ehtimal olunur.