23 Dekabr 2024

Abdullahian HƏMAS lideri ilə görüşdü – Video

İranın xarici işlər naziri Hüseyn Əmir Abdullahian Qətərin paytaxtı Dohada HƏMAS lideri İsmayıl Haniyə ilə görüşüb.

Musavat.com xəbər verir ki, bu barədə İRNA məlumat yayıb.

Yayılan görüntülərdə Abdullahianın HƏMAS siyasi bürosunun qərargahına gəldiyi və Qətər rəsmiləri və hərəkatın digər nümayəndələrinin müşayiəti ilə Haniyə tərəfindən qarşılandığı əks olunub.

Görüşün təfərrüatı barədə məlumat verilməyib.

Qeyd olunub ki, bu, HƏMAS-ın İsrailə hücumundan sonra ilk görüşdür.

https://t.me/TVmusavat/71014?embed=1