“A Haber”: “İğdırdan Naxçıvana təbii qaz nəql ediləcək” – VİDEO
“Türkiyə-Azərbaycan münasibətləri enerji sektorunda daha yüksək səviyyəyə qalxır. Qarabağ zəfərinin ardından artan layihələrə Naxçıvana təbii qaz kəmərinin çəkilməsi də əlavə olunur”.
Bu sözlər Türkiyənin “A Haber” telekanalının hazırladığı süjetdə qeyd olunub.
“185 milyonluq lirəlik bir investisiyanı əhatə layihə fasiləsiz təbii qaz axınını təmin edəcək. Tikintisinə 2022-ci ildə başlanılacaq və istifadəyə veriləcək təbii qaz kəməri İğdırdan Naxçıvan Muxtar Respublikasına təbii qaz tədarük edəcək”, – deyə süjetdə bildirilib.
Həmçinin qeyd olunub ki, illik beş yüz milyon kubmetr qaz nəqli planlaşdırılan layihənin həyata keçirilməsi öhdəliyi BOTAŞ və SOCAR şirkətlərinin üzərinə düşür.https://platform.twitter.com/embed/Tweet.html?creatorScreenName=oxuaz&dnt=false&embedId=twitter-widget-0&features=eyJ0ZndfZXhwZXJpbWVudHNfY29va2llX2V4cGlyYXRpb24iOnsiYnVja2V0IjoxMjA5NjAwLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X2hvcml6b25fdHdlZXRfZW1iZWRfOTU1NSI6eyJidWNrZXQiOiJodGUiLCJ2ZXJzaW9uIjpudWxsfSwidGZ3X3NwYWNlX2NhcmQiOnsiYnVja2V0Ijoib2ZmIiwidmVyc2lvbiI6bnVsbH19&frame=false&hideCard=false&hideThread=false&id=1483688202263273475&lang=en&origin=https%3A%2F%2Foxu.az%2Feconomy%2F565384&sessionId=82736e802928fe5fa788e90f2dbc7430101f86c9&siteScreenName=oxuaz&theme=light&widgetsVersion=86e9194f%3A1641882287124&width=550px