Beyləqanda şəhid övladları üçün Novruz bayramı ilə əlaqədar şənlik keçirilib.
Azərbaycan Respublikasının Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Agentliyinin maliyyə dəstəyi ilə “Beyləqan Gənclərinin Maarifləndirilməsi və Sosial İnkişafı” İctimai Birliyinin həyata keçirdiyi “Ermənistan işğalının təsirinə məruz qalan bölgələrdə şəhid və qazi ailələrinə dəstək göstərilməsi” layihəsi çərçivəsində Vətən Müharibəsi şəhidlərinin övladları üçün Beyləqan rayonunda “Novruz” şənliyi təşkil olunmuşdur. 30 şəhid övladı, o cümlədən Beyləqan Rayon İcra Hakimiyyətinin başçısının müavini Yeganə Məmmədova, şöbə müdiri Heybət Əliyev, Uşaq-gənclərin inkişaf mərkəzinin rəhbərliyi və Gənclər Evinin kollektivinin iştirakı ilə baş tutan tədbirdə şəhid övladları üçün bayram ab-havasında əyləncə tədbiri keçirilmiş, kosa və keçəlin gülməli səhnəcikləri təşkil olunmuşdur
Tədbir zamanı uşaqlar üçün bayram süfrəsi təşkil olunmuş və şəhid övladlarına hədiyyələr təqdim olunmuşdur.
Media1.az