Rusiya ABŞ-dakı səfirini geri çağırdı
Rusiyanın Vaşinqtondakı səfiri Anatoli Antonov ABŞ-Rusiya münasibətlərinin analizi üçün Moskvaya məsləhətləşməyə çağırılıb.
Axar.az xəbər verir ki, bu barədə Rusiya Xarici İşlər Nazirliyinin rəsmisi Mariya Zaxarova məlumat verib.
“Moskva Vaşinqtonla münasibətlərin pisləşməsinin qarşısını almaqda maraqlıdır”, – Zaxarova bildirib.