22 Dekabr 2024

Paşinyan Njdenin heykəlinin sökülməsini tapşırıb – İDDİA

Erməni “Telegram” kanalları Baş nazir Nikol Paşinyanın faşist Qaregin Njdenin Qarabağdakı heykəlinin sökülməsi barədə göstəriş verdiyini yazır.

Yayılan xəbərlərdə qeyd olunur ki, Paşinyan özünün keçmiş mətbuat katibi Vladimir Karapetyan vasitəsilə məsələ ilə bağlı Azərbaycan tərəfi ilə razılıq əldə edib.

Bildirilir ki, Baş nazirin yaxın ətrafı onun bu qərarının ictimai rəydə mənfi əks-səda yaradacağı barədə Paşiyanı xəbərdar edib. O isə hazırda Azərbaycanla münasibətlərin ölkədaxili ictimai rəydən daha vacib olduğunu bildirib.