22 Noyabr 2024

Mədəniyyət və incəsənət xadimləri İlham Əliyevin namizədliyini dəstəklədi

Mədəniyyət və incəsənət xadimləri gələn il fevralın 7-də keçiriləcək növbədənkənar Prezident seçkilərində Yeni Azərbaycan Partiyasının (YAP) namizədi İlham Əliyevi dəstəkləyəcəyini bəyan ediblər.

Bu barədə Üzeyir Hacıbəyli adına Azərbaycan Dövlət Simfonik Orkestrinin dirijoru Mustafa Mehmandarov Yaradıcı ittifaqların və mədəniyyət xadimlərinin l qurultayında məlumat verib.

Onun sözlərinə görə, Azərbaycanın mədəniyyət və incəsənət xadimləri Prezident İlham Əliyevin namizədliyini dəstəkləyir, onunla birlikdə olduqlarını bildirirlər.//Report