23 Fevral 2025

Prezidentdən Vaqif Mustafayevlə bağlı sərəncam

Azərbaycan mədəniyyətinin inkişafında uzunmüddətli səmərəli fəaliyyətinə görə Vaqif Behbud oğlu Mustafayev 2-ci dərəcəli “Əmək” ordeni ilə təltif edilib.

Media1.az xəbər verir ki, bununla bağlı Prezident İlham Əliyev Sərəncam imzalayıb.

Qeyd edək ki, kinorejissor, ssenarist, Azərbaycan Respublikasının Xalq artisti Vaqif Mustafayevin bu gün 70 yaşı tamam olur.