Sloveniyanın dövlət başçısı İlham Əliyevi təbrik edib
Sloveniya Respublikasının Prezidenti Nataşa Pirç Musar Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu ünvanlayıb.
Media1.az xəbər verir ki, təbrikdə deyilir:
“Zati-aliləri!
Azərbaycan Respublikasının Müstəqillik Günü münasibətilə Sizə Sloveniya Respublikasının vətəndaşları adından və şəxsən öz adımdan səmimi təbriklərimi çatdırır, ölkənizin və xalqınızın inkişafı, rifahı ilə bağlı ən xoş arzularımı bildirirəm.
Ölkələrimiz arasındakı dostluq münasibətlərini məmnuniyyətlə qeyd edirəm. Sloveniya-Azərbaycan tərəfdaşlığı qarşılıqlı fayda əsasında əhəmiyyətli dərəcədə möhkəmlənib.
Sloveniya 2024-2025-ci illər üçün BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi beynəlxalq sülhün, sabitliyin və xalqların birgəyaşayışının möhkəmlənməsi istiqamətində səylərini daha da artıracaqdır.
Zati-aliləri, ən yüksək ehtiramımı qəbul etməyinizi xahiş edirəm”.