22 Dekabr 2024

Laçın yolunda Nəzarət Buraxılış Məntəqə postunun qoyulması İlham Əliyev qətiyyətinin nəticəsidir.

“Azərbaycan hərb meydanında qazandığı qələbəni addım-addım möhkəmləndirir”

YAP İdarə heyətinin üzvü Asif Əsgərli belə deyib.

Asif Əsgərli bildirib ki, aprelin 23-də Ermənistanla sərhəddə Laçın yolu üzərində Azərbaycan sərhəd xidmətinin nəzarət buraxılış məntəqəsinin qoyulması labüd idi. Ermənistanın apardığı siyasət , Qarabağda separatçı ünsürlərin bölgədə xaos yaratmaq istəyən dövlətlərin çirkin niyyətlərinə alət olmaqda davam etməsi, yeni müharibəni alovlandırmaq cəhdi belə bir qətiyyətli addımın atılmasını tezləşdirmiş oldu.

YAP İdarə heyətinin üzvü , Azərbaycan Demokratik Tələbə Gənclər Təşkilatının sədri Asif Əsgərlinin fikrincə 10 noyabr bəyyənnaməsini Ermənistan baş naziri Nikol Paşinyan imzalasa da sonradan bir neçə müddəaların yerinə yetirilməsi təmin edilməyib. Qarabağdakı qanunsuz erməni silahlı birləşmələri tərkisilah olunub, Azərbaycan ərazisindən çıxarılmalı olduğu halda həmişəki kimi Qarabağ separatçıları və Rusiya sülhməramlılarını himayəsi altında fəaliyyətlərini davam etdiriblər. Əksinə, Ermənistan məğlubiyyətini qəbul edib, yeni faciələrə son qoymaq əvəzinə özünün xəstə təxüyyülünə sadiqliyini nümayiş etdirib. 44 günlük dəhşətli müharibədən sonra 2022-ci ilin sentyabrında Kəlbəcər istiqamətində, 2023-cü ilin aprelində Laçınla həmsərhəd olan Dığ kəndi istiqamətində toqquşmalar qeydə alınıb. Bununla da Ermənistan sülh razılaşmalarına ağır zərbələr vurmuş olub. Qarabağ istiqamətində də erməni silahlı qüvvələri döyüş mövqeləri yaratmağa cəhd etməsi Ermənistanda və Qarabağda erməni separatçılarının sülhdən uzaq olduğu görünür. Möhtərəm Prezidentimiz İlham Əliyevin son bəyənatında Qarabağda yaşayan ermənilərin ya Bakıya tabe olub yaşamalı olduğunu, ya da tarixi torpaqlarımızı tərk etmələri qətiyyətli şəkildə ifadə edib. Bu gün atılan addım da həmişə sözünü zamanında deyən qətiyyətli sərkərdəmiz İlham Əliyevin növbəti qələbəsidir ki, xalqımıza hədiyyə edib.