23 Dekabr 2024

İqtisadiyyat Nazirliyinin işçilərinin say həddi artırıldı

Azərbaycan İqtisadiyyat Nazirliyinin işçilərinin say həddinin cəmi 4394 ştat vahidindən (Azərbaycan Respublikasının xarici ölkələrdə fəaliyyət göstərən səfirlik və konsulluqlarında ticarət nümayəndələrinin aparatları istisna olmaqla) 4494-ə çatdırılıb.

Bununla bağlı Prezident İlham Əliyev fərman imzalayıb.

Digər dəyişikliklə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Aparatının işçilərinin say həddi 429 ştat vahidindən 499-a, trukturuna daxil olan qurumların işçilərinin say həddi 2460 ştat vahidi 2490-a çatdırılıb.