KXDR lideri Nazirlər kabineti ilə Müdafiə nazirliyini yarışdırdı – Futbol oynayıb, kəndir çəkdilər
Şimali Koreya lideri Kim Çen In qızı Kim Çju-E ilə birlikdə “Parlayan Ulduz Günü” (atası Kim Çen İrin doğum günü) münasibətilə təşkil olunan yarışa gəlib.
Media1.az xarici agentliklərə istinadən xəbər verir ki, Kim Çen In burada Nazirlər Kabineti və Müdafiə Nazirliyinin kadr heyətini yarışdırıb.
Bayram tədbirlərinin dünən, fevralın 17-də baş tutduğu qeyd edilir. Burada dövlət məmurları öz aralarında futbol və kəndir çəkmə oyununu keçiriblər. Hər iki yarışda Müdafiə Nazirliyinin komandası qalib gəlib – 3:1 və 2:0.
Yarışda Baş nazir Kim Dok Hun, müdafiə naziri Kan Sun Nam, Koreya Fəhlə Partiyası Mərkəzi Komitəsinin Siyasi Bürosunun Rəyasət Heyətinin üzvü Ço Yonq Von, nazirlər Mərkəzi Komitənin katibləri, hökumət üzvləri iştirak ediblər.