Dəhşətli zəlzələ 35 hektarlıq ərazini 2 yerə böldü – İLK GÖRÜNTÜLƏR
Türkiyənin zəlzələdən ən çox əziyyət çəkən bölgələrindən olan Hatay əyalətinin Tepehan kəndində 35 hektarlıq zeytun bağı ikiyə bölünüb.
Musavat.com xəbər verir ki, “TRT haber” ilk dəfə həmin əraziləri lentə alıb.
Məlumata görə, zəlzələ nəticəsində torpağın altını üstünə gətirən bölünmə 30 metr dərinliyində və 200 metr genişliyindədir.
Xatırladaq ki, fevralın 6-da ocağı Türkiyənin Kahramanmaraş şəhərinin Pazarcık rayonu olan 7,7 maqnitudalı və 9 saat sonra episentri eyni şəhərin Elbistan rayonu olan 7,6 maqnitudalı iki zəlzələ olub. Zəlzələ nəticəsində həlak olanların sayı 20 665 nəfərə çatıb, 80 088 nəfər yaralanıb.
Həmin görüntüləri təqdim edirik: