23 Dekabr 2024

Hərbi həkimlərimiz Kahramanmaraşda növbəti əməliyyatlarını icra ediblər – FOTO

Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin göstərişinə əsasən qardaş ölkəyə ezam olunan Azərbaycan Ordusunun hərbi həkimləri Kahramanmaraşda fəaliyyətini davam etdirir.

Bu barədə Oxu.Az-a Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, hərbi tibb personalımız Türkiyə Səhiyyə Nazirliyinin və Türkiyə Silahlı Qüvvələrinin nümayəndələri ilə qarşılıqlı əlaqədə növbəti yeddi cərrahi əməliyyatı uğurla icra edib, 41 zərərçəkmişə  ambulator yardım göstərib.

Türkiyəyə ezam olunan Azərbaycan Ordusunun tibb personalı ümumilikdə 17 cərrahi əməliyyat icra edib, baş vermiş zəlzələdən zərər çəkən 134 nəfəri müayinə edərək onlara ambulator yardım göstərib.