Bu gün Sankt-Peterburqda MDB liderlərinin qeyri-rəsmi sammiti keçiriləcək
Müstəqil Dövlətlər Birliyinin (MDB) liderləri dekabrın 26-27-də Rusiyanın Sankt-Peterburq şəhərində ənənəvi Yeni il ərəfəsində qeyri-rəsmi sammitə toplaşacaqlar.
Görüş Rusiya Prezidenti Vladimir Putinin təşəbbüsü ilə baş tutacaq.
“Rusiya prezidentinin dəvəti ilə bu görüş dekabrın 26-27-də baş tutacaq. Ümid edirik ki, bu, əməkdaşlığımıza əlavə təkan verəcək”, – deyə MDB İcraiyyə Komitəsinin sədri Sergey Lebedev bildirib.
Xatırladaq ki, MDB Dövlət Başçıları Şurasının rəsmi sammiti oktyabrın 14-də Astanada keçirilib.
Mənbə: “Ria Novosti” “Telegram” kanalı