22 Noyabr 2024

İranin baş diplomatının Bakı səfəri – Ermənistanı yerdən-yerə vuran ilginc mesajlar

Ermənistanın İran-Azərbaycan münasibətlərini gərginləşdirməklə bağlı davamlı təxribatları bu dəfə də nəticə vermədi. Hər halda Tehranın baş diplomatının Bakı səfəri və dostluq və əməkdaşlıqla bağlı mesajları düşmən ölkənin məkrli niyyətinin iflasa uğramasından xəbər verir.

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev yanvarın 25-də İran İslam Respublikasının xarici işlər naziri Məhəmməd Cavad Zərifi qəbul edib. AZƏRTAC-ın məlumatına görə, Prezident XİN rəhbərini salamladıqdan sonra bildirib ki, biz ölkələrimiz arasında əməkdaşlığın səviyyəsindən çox məmnunuq. “Bildiyiniz kimi, biz çoxsaylı – prezidentlər səviyyəsində 10-dan çox, eləcə də digər yüksək rütbəli rəsmilər səviyyəsində görüşlər keçirmişik. Bu görüşlərin hamısı çox səmərəli olub. Bu yaxınlarda ölkənizdə səfərdə olan Baş nazirin müavini Şahin Mustafayev mənə aparılan müzakirələr və razılaşmalar barədə hesabat verdi.

Biz planlaşdırdığımız bütün işləri həyata keçirmişik. Biz son bir neçə ildə iki qardaş ölkənin çox yaxın olduğu siyasi sahədə, iqtisadi sahədə, nəqliyyat, enerji sahələrində çox yaxşı nəticələr görürük. Bizim bu gün diqqətimizdə olan Şimal-Cənub nəqliyyat dəhlizi kimi bütün layihələr, enerji infrastrukturu ilə bağlı layihələr uğurla inkişaf edir”, Prezident bildirib. Dövlət başçısı Şimal-Cənub nəqliyyat dəhlizinin işlədiyini də vurğulayıb: “Mənə indicə məlumat verilib ki, ötən il yükdaşımaların həcmi demək olar ki, 20 faiz artıb. Bu, çox müsbət nailiyyətdir. Baxmayaraq ki, onu tam şəkildə başa çatdırmamışıq, biz bu istiqamətdə hərəkət edirik”. Prezident İlham Əliyevin sözlərinə görə, regionda yeni vəziyyətlə əlaqədar yeni imkanlar, sözsüz ki, özəl investorlar, həmçinin dövlət qurumları üçün əməkdaşlığa geniş qapılar açır: “Hazırda yeni nəqliyyat əlaqələri müzakirə mərhələsindədir və sözsüz ki, bizim Xudafərin su anbarı ilə bağlı əməkdaşlığımız və elektrik stansiyasının tikintisi ilə əlaqədar gələcək planlar artıq çox aktiv fazadadır. Ümidvaram ki, qarşıdakı bir neçə ildə bu layihəni tamamlaya və hər iki tərəfi yeni elektrik enerjisi istehsalı ilə təmin edə biləcəyik. Həmçinin bizim bir neçə il əvvəl yüksək səviyyədə razılaşdırdığımız layihə – Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işlər uğurla gedir. Beləliklə, bizim geniş gündəliyimiz var. Bundan əlavə, ümidvaram ki, tezliklə çay üzərindən yeni körpünün təməlqoyma mərasimi keçiriləcək və bir çox digər məsələlər”.

Ölkə başçısı qeyd edib ki, bizim müzakirə edəcəyimiz çox məsələlər var: “Mən, ilk növbədə, ikitərəfli əlaqələrimizi, onların səviyyəsini, inkişaf tempini, nailiyyətləri və yeni planları yüksək qiymətləndirdiyimi bildirmək istərdim. Əlbəttə ki, biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq. Bu, təbiidir, çünki dediyim kimi, yalnız dost ölkələr bizim tərəfdaşımız olacaq. Sözsüz ki, İran şirkətlərinin bizə yaxın yerləşməsi, logistika və böyük təcrübə kimi üstünlükləri var”.

İran XİN-in rəhbəri Məhəmməd Cavad Zərif qəbula görə təşəkkür edib və Qarabağ zəfərilə bağlı ölkəsinin mövqeyini çatdırıb.

“Əvvəlcə Sizi və Azərbaycan xalqını ərazilərinizi azad etməyiniz münasibətilə təbrik etmək istərdim. Ölkəniz və region baxımından bu qələbə Sizin rəhbərliyiniz və Azərbaycan xalqının mətanəti sayəsində mümkün olmuşdur. Ümid edirik ki, bu, region dövlətləri arasında dinc və normal münasibətlərin başlanğıcı olacaqdır”, nazir bildirib. Daha sonra cənab Zərifi Prezident İlham Əliyevin Qarabağ zəfərindən sonra regional əməkdaşlıqla bağlı irəli sürdüyü təşəbbüsə dəstəyini ifadə edib: “Mən Sizin “3+3” əməkdaşlıq formatı təklifinizə uyğun olaraq, regionun 6 ölkəsini ziyarət edəcəyəm, yəni 5 üstəgəl İran. Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”.

Məhəmməd Cavad Zərif: Naxçıvan inkişaf etmiş gözəl şəhərdir - AZƏRTAC –  Azərbaycan Dövlət İnformasiya Agentliyi

XİN başçısı ölkəsinin Qarabağın bərpasında iştirak etmək niyyətini də ifadə edib: “Ölkənizin ərazi bütövlüyünün bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır. Biz Sizin dostunuz olmaqdan əlavə, yaxın qonşuyuq və əhalinin qayıdacağı, yenidənqurma işlərinin aparılacağı ərazilərinizin bərpası baxımından digər ölkələr ilə müqayisədə üstünlüyə malikik.

Biz o insanları ailə və soydaş hesab edirik. Arazın hər iki sahili boyu hər zaman soydaşlıq və dostluq münasibətləri mövcud olub.
Energetika, yenidənqurma və geri dönəcək əhalinin yaşayışı üçün vasitə ola biləcək kənd təsərrüfatı kimi sahələr bizim üçün prioritet təşkil edir və şirkətlərimiz işə başlamağa hazırdır. Zati-aliniz tərəfindən qeyd edilən layihələrə gəldikdə, bildirmək istəyirəm ki, biz Sizin rəhbərliyiniz altında bu günə qədər həyata keçirdiyimiz səfərlər, o cümlədən ölkənizin Baş nazirinin müavini və xarici işlər nazirinin İrana olduqca uğurlu səfərlərini yüksək qiymətləndiririk. Biz Şimal-Cənub və Cənub-Qərb dəhlizləri çərçivəsində həmin sahələr üzrə işləmək arzusundayıq. Buraya elektrik enerjisinin istehsalı, energetika, “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları ilə bağlı əməkdaşlıq və digər məsələlər də aiddir. Çox şadıq ki, rəsmilərinizin İrana səfərləri zamanı bu layihələr üzrə surətli irəliləyiş əldə olunmuşdur və artıq biz ölkələrimiz arasında daha uzun birgə dostluq sərhədinə sahib ola bilərik”.

İlham Əliyev: “Makrona dedim ki, verin o kəşfiyyat məlumatını bizə” –  MÜSAHİBƏ – SumqayitXeber.Com

Prezident İlham Əliyevin reaksiyası çox maraqlı olub: “Əlbəttə. Bildiyiniz kimi, mən Xudafərin ərazisinə səfər edərkən həmin sərhədi dostluq sərhədi adlandırdım. Bu, məhz dost və qardaş xalqların sərhədidir”.

Qeyd edək ki, Cavad Zərif Rusiya, Ermənistan, Gürcüstan və Türkiyəni də əhatə edəcək regional turnesi çərçivəsində öncə Bakıya səfərə gəlib. Virtualaz.org TRT-yə istinadən xəbər verir ki, nazir Bakıya yola düşərkən Tehran aerportunda jurnalistlərə açıqlamasında səfər çərçivəsində regional əməkdaşlıq məsələlərini müzakirə edəcəklərini deyib. “Qardaş ölkə Azərbaycanın torpaqlarını geri almasından məmnunuq. Bu gün Azərbaycan torpaqları Azərbaycan xalqının əlindədir. Xalqın azad edilən bölgələrdə evlərinə sürətlə dönməsi üçün yardım etmək istəyirik”,-Məhəmməd Cavad Zərif bildirib. İran diplomatı Azərbaycan Xarici İşlər naziri Ceyhun Bayramovla da görüşüb, vacib məsələləri müzakirə edib.

Deputat Ceyhun Məmmədov – Müsəlman ölkələrində din təhsili

Deputat Ceyhun Məmmədov “Yeni Müsavat”a İran XİN başçısının səfərini şərh edərkən dedi ki, Azərbaycanla İran arasında müxtəlif istiqamətlərdə, xüsusilə iqtisadiyyat və nəqliyyat sahəsində sıx əməkdaşlıq əlaqələri mövcuddur: “Azərbaycan ortaq tarixi və mədəni əlaqələri nəzərə alaraq, hər zaman İranla əlaqələrin inkişafına, müxtəlif sahələrdə birgə layihələrin icrasına xüsusi önəm verib. Hökumətlərarası komissiyalar davamlı olaraq görüşərək, əməkdaşlıq isitqamətləri barədə müzakirələr aparır.

Artıq bir sıra regional layihələrin icrasına başlanılıb. Hər iki tərəf bu layihələrin uğurla davam etdirilməsinə çalışır”. Millət vəkili bildirdi ki, İran XİN rəhbərinin səfərində bir neçə məqsəd var: “Biri Qarabağla bağlıdır. Tehran işğaldan azad edilən ərazilərin bərpasında İran şirkətlərinin fəal iştirakına nail olmağa çalışır. Bu məsələ ilə bağlı İran tərəfi öz mövqeyini bildirib. Həmçinin İran tərəfi Şimal-Cənub beynəlxalq dəhlizinin başa çatdırılmasına və bu tranzit marşrutun imkanlarından yararlanmağa çalışır. Bu baxımdan səfər çərçivəsində Azərbaycan, İran və Rusiya arasında üçtərəfli əməkdaşlıq məsələləri ətrafında da geniş müzakirələrin aparılması nəzərdə tutulurdu”. C.Məmmədov qeyd etdi ki, regionda yeni siyasi reallıqlarla yanaşı, yeni iqtisadi reallıqlar da yaranıb: “Bölgə ölkələrinin iqtisadi sahədə sıx əməkdaşlığı üçün yeni imkanlar yaranıb. Bütün tərəflər bu imkanlardan yararlanmağa çalışırlar”.

Deputat bildirdi ki, nazirin səfəri çərçivəsində həmçinin, regional təhlükəsizlik məsələləri ilə bağlı müzakirələrin aparıldığı da istisna olunmur: “Regionda sülh və təhlükəsizliyin qorunmasında hər iki tərəf maraqlıdır. Bunun üçün birgə əməkdaşlığa ciddi ehtiyac var”.

Elxan Şahinoğlu: "Masada və beyin oyununda da » Azərbaycanın xəbər portalı  - NEWS24.AZ

“Atlas” Araşdırmalar Mərkəzinin rəhbəri, politoloq Elxan Şahinoğlu isə hesab edir ki, İranın xarici işlər naziri Məhəmməd Cavad Zərifinin İlham Əliyevlə görüşdə səsləndirdikləri fikriləri bir neçə hissəyə bölmək olar: “Birincisi, İranın xarici işlər naziri Azərbaycan prezidentini və xalqını işğal altındakı ərazilərin azad edilməsi münasibətilə təbrik etdi. İran rəsmisinin Azərbaycanı işğalçı üzərində qələbə münasibətilə təbrik etməsi Azərbaycan və Azərbaycan-İran əməkdaşlığı üçün əhəmiyyətlidir. İran rəsmiləri müharibəyə qədər deyərdilər ki, Dağlıq Qarabağ münaqişəsini güc yolu ilə deyil, yalnız danışıqlar yolu ilə həll etmək olar. Azərbaycan bu reallığı dəyişdi və Tehran müharibə ilə qələbə reallığını qəbul etdi. Zərifi Azərbaycandan sonra Ermənistana səfər edəcək. Aydındır ki, İranın xarııc işlər naziri Bakıda dediklərini İrəvanda təkrarlamayacaq. Ancaq Zərifinin Bakıda qələbə ilə bağlı dedikləri müxtəlif dillərə tərcümə ediləcək və Ermənistanda da oxunacaq. Ermənistanda görəcəklər ki, İran Azərbaycanın qələbəsini və Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu birmənalı tanıyıb”. Politoloq qeyd etdi ki, ikincisi, Tehran Azərbaycanın müharibədə qələbəsindən sonra regional əməkdaşlığın genişlənməsində Bakı və Ankara qədər maraqlıdır: “Zərifi Tehranın “3+3” əməkdaşlıq formatını qəbul etdiklərini deyib: “Sizin sülhlə bağlı təqdim etdiyiniz baxışınızın müzakirəsi və onun reallığa çevrilməsini təmin etmək üçün çalışacağam, çünki region ölkələrinin bir-biri ilə əməkdaşlıq edə bilməsi hamımızın maraqlarına uyğundur”. Üçüncüsü, İran işğal altındakı ərazilərin bərpasında iştirak etmək istəyir. Bu da Azərbaycanın maraqlarına uyğundur. Bununla İran bir daha Dağlıq Qarabağın Azərbaycana məxsusluğunu təsdiq etmiş olacaq. “Azərbaycanın ərazi bütövlüyünü bərpası və işğala son qoyulması, habelə azərbaycanlıların öz doğma yurdlarına qayıtmaq imkanı əldə etməsindən sonra artıq normal vəziyyət mövcuddur və İran bu işdə yardımçı olmaq arzusundadır” – sözləri də Tehranın işğaldan azad olunmuş bölgələrdə çalışmaq istəyindən xəbər verir. Bunlardan biri artıq reallaşıb. İranla Azərbaycan Xudafərin su anbarından birgə istifadə etməyə başlayıblar, gələcəkdə Araz çayı üzərində elektrik stansiyasının tikintisi də planlaşdırırlır. Yəni Azərbaycan torpaqları azad edildikdən sonra həmin ərazilərdə elektrikin təmini üçün ilk çalışmalara başlayan İran şirkətləri oldu. İranla Azərbaycan Ordubad və Marazad elektrik stansiyaları ilə bağlı işləri davam etdirirlər. Beləliklə, müharibədən sonra Azərbaycanla İran arasında əməkdaşlığı inkişaf etdirmək üçün yeni imkanlar açılıb. Bunu İlham Əliyev də Zərifini qəbul edərkən vurğuladı. “Biz işğaldan azad edilmiş ərazilərin yenidən qurulmasında iştirak edəcək şirkətlər arasında İran şirkətlərini görməyə çox şad olarıq” deyən İlham Əliyev iki ölkə arasında əməkdaşlığın səviyyəsindən çox məmnun qaldığını bildirib”. E.Şahinoğlu qeyd etdi ki, İran və Azərbaycan Şimal-Cənub nəqliyyat dəhlizini də gücləndirməkdə maraqlıdırlar: “2020-ci ildə bu marşrutla yükdaşımaların həcmi 20 faiz artıb. Bu, müsbət nailiyyətdir”.

Prezident Şuşada olarkən məscid dağıdan ölkə ilə əməkdaşlıq edən müsəlman ölkələrinə vacib çağırışlar etmişdi, güman ki, İranda da bu çağırışlar ciddi müzakirə edilib. Eyni zamanda dövlətimizin başçısı ad çəkmədən İran şirkətinin Şuşadakı məscidi “təmir” etməsinə sərt reaksiya vermişdi. Yəqin ki, Tehran bundan sonra məscid dağıdan ölkə ilə əməkdaşlığında daha diqqətli olar, ən azı bölgənin vacib ölkəsini incitməmək, onunla əməkdaşlığa xələl gətirməmək naminə. Heç şübhəsiz, Zərifi qalib sərkərdəyə ünvanladığı zəfər təbriki ilə Ermənistanı yerdən-yerə vurdu…

Elşad Paşasoy,
“Yeni Müsavat”