23 Dekabr 2024

Yaponların əksəriyyəti Tokio Olimpiadasının ləğvini dəstəkləyir

Yaponların təxminən 86%-i hesab edir ki, koronavirus pandemiyasına görə bu yay Tokioda Olimpiya oyunlarını keçirmək olmaz.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bunu “Asahi Shimbun” sorğusunun nəticələri üzə çıxarıb.

Sorğuda iştirak edən respondentlərin 51%-i yarışların tarixinin növbəti dəfə təxirə salınmasını dəstəkləyiblər, rəyi soruşulanların 35%-i bildirib ki, Olimpiada lazımdır.

Sorğuda iştirak edən hər on yapondan biri oyunların müəyyən edilmiş müddətə keçirilməsinə əminliyini ifadə edib.

Tədqiqat yanvarın 23-dən 24-dək telefonla aparılıb.

Yanvarın 21-də “The Times” bildirib ki, Yaponiya hökuməti Olimpiya oyunlarının COVID-19 pandemiyasına görə bu il də ləğv edilməsi qərarına gəlib.

KİV-in məlumatına görə, ölkə rəhbərliyi Tokionun yenidən ev sahibliyi etmə ehtimalını qoruyaraq oyunların ləğv olunduğunu elan etmək üçün bir yol axtarır.

Yaponiyada Tokio-2020 Yay Olimpiya Oyunları ötən ilin yayında keçirilməli idi, ancaq koronavirus pandemiyasına görə oyunlar 2021-ci ilin yayına təxirə salınıb.