25 İyun 2025

Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib

Birinci vitse-prezident Mehriban Əliyeva Ramazan bayramı münasibətilə Azərbaycan xalqını və dünya müsəlmanlarını təbrik edib.

O bu barədə öz “Instagram” hesabında paylaşım edib:

“Azərbaycan xalqını və dünya müsəlmanlarını Ramazan bayramı münasibətilə səmimi-qəlbdən təbrik edirəm! Bu mübarək bayram günlərində edilən bütün duaların, diləklərin və saf niyyətlərin qəbul olunmasını arzulayıram. Uca Tanrı hər kəsə möhkəm cansağlığı və səadət, Vətənimizə sülh və əmin-amanlıq bəxş etsin!”https://www.instagram.com/p/CdCwuLBK8EQ/embed/captioned/?cr=1&v=14&wp=540&rd=https%3A%2F%2Foxu.az&rp=%2Fpolitics%2F598826#%7B%22ci%22%3A0%2C%22os%22%3A1089.5%2C%22ls%22%3A402.20000000298023%2C%22le%22%3A1081.1000000089407%7D