06 Fevral 2025

“Yaşıl Marafon” çərçivəsində növbəti ağacəkmə aksiyası aprelin 9-da Xocəsən qəsəbəsində keçirilib

IDEA, Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə keçirilən genişmiqyaslı ağacəkmə aksiyasına bu dəfə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin və BP-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional ofisinin əməkdaşları da böyük ruh yüksəkliyi ilə qoşulub.

Aksiya zamanı 3 hektar ərazidə 2000-dən çox Eldar şamı və zeytun ağacı əkilib.