23 İyun 2025

Gənclər və İdman Naziri Fərid Qayıbov bölgələrdə gənclərlə görüşüb.

Aprelin 9-da Gənclər və İdman Naziri Fərid Qayıbov Saatlı rayonunda bölgə gənclərilə müşavirə keçirib.

Müşavirədə iştirak edən Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli bölgə gənclərilə keçirilən görüşləri məhsuldar adlandırıb. Bildirib ki, nazir bir gün əvvəl Tərtər və Bərdə rayonlarında olub. Bərdə rayonunda olarkən nazir Fərid Qayıbov 2011-ci ildə tikintisinə başlanan, lakin işlər yekunlaşmadığından Gənclər Mərkəzinin yarımçıq qalan binasına və Bərdə Olimpiya Kompleksinə baş çəkib.

Hikmət Ələkbərlinin bildirdiyinə görə Gənclər və İdman Naziri Fərid Qayıbovun Saatlı rayonunda keçirdiyi müşavirədə Bərdə rayon Karyera və İnkişaf Mərkəzinin direktoru Şəmsiyyə Abbasova, Uğur Gənclər Mərkəzinin rəhbəri , Bərdə Dövlət İdarəetmə və Texnologiya Kollecində fəaliyyət göstərən Gənclər Təşkilatının sədri, Bərdə Rayon Asan Xidmət Mərkəzinin könüllüləri iştirak ediblər.

Bərdə rayon Gənclər və İdman İdarəsinin rəisi Hikmət Ələkbərli qeyd edib ki, müşavirə zamanı Bərdə rayonunda tikintisi başa çatdırılmayan Gənclər Mərkəzi ilə bağlı layihənin bərpası xahiş edilib. Alınan cavab da müsbət olub. Növbəti maliyyə ilində Bərdə şəhər Gənclər Mərkəzində yarımçıq qalan işlər bərpa oluna bilər.

Media1.az- Musa Muradlı