Tərtərdə gənclər üçün təlim keçirilib.

Gənclərin İnkişaf və Karyera Mərkəzinin Tərtər nümayəndəliyinin təşkilatçılığı ilə gənclərə “Dövlət qulluqçusu ol! layihəsi çərçivəsində Tərtər rayon Gənclər və İdman İdarəsinin rəis müavini Şəhram Quliyev tərəfindən təlim keçirilib.
Görüş zamanı Şəhram bəy gənclərə dövlət qulluğu, qulluğa qəbul, bu sahədə mövcud qanunvericilik, gənclərin peşə seçimi, dövlət qulluğuna hazırlaşma metodikası, Dövlət İmtahan Mərkəzinin dövlət qulluğuna qəbulla bağlı həyata keçirdiyi yeniliklər, dövlət qulluğunun üstünlükləri haqqında məlumat verib.
Sonda gənclərin sualları cavablandırılıb.
Media1.az



