Şahdağ Milli Parkında otlaq və kolluq ərazilərdə azalmalar qeydə alınıb
“Şahdağ Milli Parkında antropogen amillərə həssas olan seyrək meşələrdə, otlaq və kolluq ərazilərdə azalmalar qeydə alınıb”.
media1.az xəbər verir ki, bu barədə AMEA Coğrafiya İnstitutunun elmi işçisi Emil Cəbrayılovun “Şahdağ Milli Parkında Sentinel-2 peyk məlumatlarından istifadə etməklə spektral indekslərlə kövrək ekosistemlərin monitorinqi” adlı araşdırma məqaləsində qeyd edilib.
Nəticələrə əsasən, Milli parkın ətraf ərazilərində, xüsusilə yaşayış məntəqələrinin ətrafında və yüksək dağ çəmənliklərində antropogen təsirlərin nəticələri müşahidə olunur. Bu da ərazilərdə təbii ekosistemlərin transformasiyasına və kövrəkliyinə gətirib çıxarır. Milli park daxilində xüsusi mühafizə rejiminin tətbiqi isə təbii bərpa prosesini sürətləndirir.